
İtaliyalı baş məşqçi Domeniko Tedesko yaxın günlərdə “Fənərbaxça”dan ayrıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “T24” məlumat yayıb.
Tedesko ilə bağlı narazılıqlar komandanın Avropa Liqasında Zaqreb “Dinamo”suna məğlubiyyətindən (1:3) sonra artıb.
Xüsusilə, həmin oyunda məşqçinin heyət seçimi idman ekspertləri tərəfindən ciddi tənqid olunub.
Domeniko Tedesko “Fənərbaxça”ya bu ilin sentyabrında, Joze Mourinyonun qovulmasından sonra baş məşqçi təyin edilib.
Komanda onun rəhbərliyi ilə “Trabzonspor” üzərində 1:0 hesablı qələbə qazansa da, ardınca “Alanyaspor”la 2:2 və “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçələr edib.
Hazırda “Fənərbaxça” Super Liqada turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Qalatasaray”dan 6 xal geri qalır.
Tedesko milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyə qədər istefaya göndərilə bilər. Onun yerinə komandaya müvəqqəti olaraq Aykut Kocaman və ya Volkan Dəmirəl rəhbərlik edə bilər.