Ali Koç “Qarabağ”a görə Mourinyonu babat “iynələdi” - Atmacalı VİDEO

13:20 Türkiyə 208
Ali Koç “Qarabağ”a görə Mourinyonu babat “iynələdi” - Atmacalı VİDEO

“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın sabiq baş məşqçisi Joze Mourinyo üçün qalmaqallı açıqlamalar səsləndirib.

Sportinfo.az xəbər verir ki, buna Mourinyo haqda “Benfika”nın sükanı arxasına keçəcəyinə dair xəbərlər səbəb olub.

“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm.

Mourinyonun “Benfika” ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm?

Mourinyo o qədər böyük adamdır ki, “Qarabağ”ın “Benfika”nı udacağını xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl...

Belə çıxır ki, özü “Fənərbaxça”dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, “Benfika”ya uduzmasını planlaşdırıb. Möhtəşəm ssenaridir”, - A.Koç bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!