“İnanırıq ki, bu mövsüm çempion olacağıq” - Klub prezidenti

15 Sentyabr 2025 01:30 Türkiyə 784
“İnanırıq ki, bu mövsüm çempion olacağıq” - Klub prezidenti

“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın yeni baş məşqçisi Domeniko Tedesko haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:

“Tedeskonun “Fənərbaxça”nı çempion etmək motivasiyasından çox təsirləndim. Ona minnətdaram. İnanırıq ki, bu mövsüm çempion olacağıq”.

Tedesko İstanbul klubunun Çempionlar Liqasının əsas turnirinə vəsiqə qazana bilməməsindən sonra qovulan Joze Mourinyonu əvəzləyib.

İtaliyalı mütəxəssis “Fənərbaxça”da işləmək xatirinə İtaliya, Almaniya və İspaniyadan gələn təklifləri rədd edib. O, daha əvvəl “Leyptsiq”də və Belçika millisində çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti