
Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında pley-offunda mübarizəni dayandırıb.
Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" yarımfinalın hər iki görüşündə uduzaraq, Superliqaya yüksəlmək şansını itirib.
Öz meydanında “Bandırmaspor”a 1:4 hesabı uduzan Bolu təmsilçisi səfərdə də eyni aqibəti yaşayıb. Bandırmalılar 1:0 hesabı ilə qali gəliblər.
İlk oyunda 19 dəqiqə forma geyinmək şansı qazanan Vüsal bu dəfə də sonradan meydana daxil olub.
İsgəndərli qarşılaşmanın 72-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib.
"Boluspor" mövsümü 7-ci pillədə başa vurub.