Məşhur müğənni klubdan 3,5 milyon dollar tələb etdi - FOTOLAR

03:00 Türkiyə 101
Məşhur müğənni klubdan 3,5 milyon dollar tələb etdi - FOTOLAR

“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionluğunu qeyd etmək üçün mayın 25-də Yenikapıda şənlik təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Futbol klubu konsert proqramına dünyaca məşhur müğənni Dua Lipanı da dəvət edib.

Lakin müğənni həmin proqramda iştirak etmək üçün “Qalatasaray”dan 3,5 milyon dollar (5950000 manat) tələb edib.

Təklif olunan pulun çox olması səbəbindən sənətçidən imtina edilib və yerli sənətkarlarla danışıqlar aparılıb.

Yenikapıdakı çempionluq şənliklərində səhnə alacaq adlar sırasına Kenan Doğulu, Block3, Gökhan Kırdar, Aydilge, Emircan İğrek, Güliz Ayla, Enbe Orchestra, Ebru Yaşar, Gripin, Atiye, Betül Demir, Coşkun Sabah və Altay daxildir.

qalatasaraydan-35-milyon-dollar-teleb-etdi









Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!