Polşa millisinin qapıçısı üçün danışıqlara başladı - “Qalatasaray”

21 May 2025 01:30 Türkiyə 643
Polşa millisinin qapıçısı üçün danışıqlara başladı - “Qalatasaray”

“Qalatasaray” “Nitsa”nın və Polşa millisinin qapıçısı Marçin Bulka ilə ciddi şəkildə maraqlanır.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “cim-bom” 25 yaşlı qolkiperin potensial transferi ilə bağlı artıq danışıqlara başlayıb.

Bulkanın “Nitsa” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Ancaq onun klubla yeni müqavilə ilə bağlı aparılan danışıqları dayandırılıb.

Polşalı futbolçunun özü də yay transfer dönəmində komandasını dəyişmək ehtimalını istisna etmir.

Bulka başa çatan Liqa 1 mövsümündə 34 oyunda meydana çıxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

Onun sabit çıxışı “Nitsa”nın mövsümü 4-cü pillədə başa vurmasına və UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmasına böyük töhfə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti