Yolda qəzaya düşdü, xəstəxanaya düşdü, əməliyyat olundu - FOTO

9 Yanvar 2025 10:00 Türkiyə 911
Yolda qəzaya düşdü, xəstəxanaya düşdü, əməliyyat olundu - FOTO

Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu avtomobil qəzasına düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə İstanbulun Beykoz ərazisində baş verib.

O, qəzadan sonra xəstəxanaya aparılıb və ayağından kiçik bir əməliyyat keçirdib.

Hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən çalışdırıcı evdə müalicə aldığını bildirib:

“Xəstəxanada balaca əməliyyatdan sonra Allaha şükürlər olsun ki, yaxşıyam. Müalicəm evdə davam edir”.

Hazırda klubsuz olan mütəxəssisin son iş yeri “Ankaragücü” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!