EKSKLÜZİV! Ali Koç yenidən "Fənərbağça"nın prezidenti seçildi, “Sportinfo”ya danışdı

10 İyun 2024 19:40 Türkiyə 947
EKSKLÜZİV! Ali Koç yenidən "Fənərbağça"nın prezidenti seçildi, “Sportinfo”ya danışdı

Məlum olduğu kimi, "Fənərbağça"nın prezident seçkiləri keçirilib.

Seçkilərdə klub rəhbərliyinə son prezident Ali Koç və Aziz Yıldırım namizəd olub.

Seçkilərin nəticələrinə əsasən, Ali Koç yenidən İstanbul təmsilçisinin başqanı seçilib. O, daha 3 il bu vəzifəni icra edəcək.

Ali Koç 2018-ci ildən "Fənərbağça"nın prezidentidir. O, Sportinfo.az-a eksklüziv açıqlama verib.

“Sarı-lacıvərdlilər”in prezidenti “Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərovun vasitəsilə Azərbaycana təşəkkür mesajını çatdırıb:

"Salam olsun, Can Azərbaycana! Təbrikləriniz üçün çox təşəkkür edirəm.

Sizin vasitənizlə mesajımı çatdırmaq istərdim. Camiəmizə xeyirli-uğurlu olsun.

Çempionluqla yadda qalan yeni mövsüm olsun. Azərbaycanlı qardaşlarımıza, "Fənərbağça"lı dostlarımıza, böyüklərimizə salam və sevgilərimi göndərirəm".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da