"Fənərbaxça"nın baş məşqçisinə lazım deyil - Braziliyalı yarımmüdafiəçi

29 İyun 2022 00:00 Türkiyə 705
"Fənərbaxça"nın baş məşqçisinə lazım deyil - Braziliyalı yarımmüdafiəçi

"Fənərbaxça" Luis Qustavo ilə yollarını ayırmaq istəyir.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu baş məşqçi Jorje Jesusun planlarında yer almır.

Təcrübəli mütəxəssis 35 yaşlı yarımmüdafiəçinin komandada qalmasında maraqlı deyil. İstanbul təmsilçisi təklif gələcəyi halda onunla yolları ayıracaq.

Luis Qustavo "Fənərbaxça"ya 2019-cu ilin yayında "Marsel"dən transfer olunub.

Braziliya millisinin keçmiş üzvü son mövsümdə "sarı-lacivərlilər"in heyətində meydana çıxdığı 28 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti