
"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"nin hücumçusu Vaut Veqhorstu rənglərinə bağlayıb.
Niderland millisinin üzvü 1 il müddətinə icarə əsasında "qara qartallar"ın heyətində çıxış edəcək.
"Beşiktaş" 30 yaşlı hücumçu üçün İngilərə klubuna pul ödəməyəcək. Təcrübəli qolçu 2,7 milyon avro maaş alacaq.
Vaut Verqorst "Börnli"yə yanvar ayında "Volfsburq"dan transfer olunub.
O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.