Burak Yılmaz 5 illik müqavilə imzaladı - Niderland klubu ilə

22 İyun 2022 01:30 Türkiyə 742
Burak Yılmaz 5 illik müqavilə imzaladı - Niderland klubu ilə

Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı forvard karyerasını Niderlandda davam etdirəcək.

Təcrübəli qolçu "Fortuna Sittard"la anlaşıb. Bu barədə Eredivizie təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Burak Yılmaz yeni klubu ilə 5 illik müqavilə imzalayıb. O, ilk iki ili futbolçu kimi çıxış edəcək. Türkiyəli futbolçu növbəti üç ildə isə məşqçilər korpusunda yer alacaq.

Burak Yılmazın son klubu Fransa "Lill"i olub.

Digər Xəbərlər
Xəbər Lenti