Mesut Özil onu dünyaya tanıdan kluba dönür?

21 İyun 2022 15:20 Türkiyə 1 321
Mesut Özil onu dünyaya tanıdan kluba dönür?

"Fənərbaxça"nın kapitanı Mesut Özil karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin xidmətində "Verder" maraqlıdır.

Bundesliqaya qayıdan Bremen təmsilçisi təcrübəli futbolçu ilə danışıqlar aparır. Mesut özü də keçmiş klubunda oynamağa isti yanaşır.

Mesut Özil "Fənərbaxça" rəhbərliyinin qərarı ilə əsas komandanın heyətindən kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti