"Qalatasaray"dan 1 milyonluq təklif - Braziliyalıya

21 İyun 2022 10:00 Türkiyə 894
"Qalatasaray"dan 1 milyonluq təklif - Braziliyalıya

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu "Antalyaspor"un yarımmüdafiəçisi Fernando Martinslə maraqlanır.

"Cim-bom" braziliyalı oyunçu üçün Antalya təmsilçisinə 1 milyon avro təklif etməyə hazırlaşır.

2022-ci ilin yanvarından Super Liqa klubunda çıxış edən 30 yaşlı oyunçu 18 matçda 4 qol, 4 asisstlə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı