Azərbaycan yığması Türkiyə klubu üzərində qələbə qazandı

17 İyun 2022 01:40 Türkiyə 784
Azərbaycan yığması Türkiyə klubu üzərində qələbə qazandı

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədi ilə Türkiyədə təlim-məşq toplanışındadır.

Sportinfo.az xəbər verir ki, U-18 İstanbul toplanışı çərçivəsində ilk yoxlama oyununu da keçirib.

Azərbaycan millisi Türkiyə Super Liqasında çıxış edən “Darruşafaka” klubunun U-18 komandasıyla qarşılaşıb. Basketbolçularımız parketdən 68-61 hesabı ilə qalib ayrılıb.

Komandamızın ən məhsuldar basketbolçusu 32 xalla Əli Həsənov seçilib. Səid İsmayılov isə oyunu 18 xal, 10 assist ilə tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti