Premyer Liqa klubundan ayrılan müdafiəçi "Beşiktaş"da

16 İyun 2022 01:30 Türkiyə 1 123
Premyer Liqa klubundan ayrılan müdafiəçi "Beşiktaş"da

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"dan ayrılan Romen Saissi rənglərinə bağlayıb.

Mərakeş millisinin üzvü Super Liqa klubu üçün tibbi müayinədən keçib.

Romen Saiss "Vulverhempton"a 2016-cı ilin yayında "Anje"dən transfer olunub. 32 yaşlı mərkəz müdafiəçisi başa çatan mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 32 matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!