"Borussiya"dan ayrılan baş məşqçi "Qalatasaray"da?

15 İyun 2022 10:00 Türkiyə 631
"Borussiya"dan ayrılan baş məşqçi "Qalatasaray"da?

Domenek Torren "Qalatasaray"ın baş məşqçisi postunda qalmayacaq.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" ispaniyalı mütəxəssisin müqaviləsində qeyd olunan 1,5 milyon avroluq təzminatı ödəyəcək və onunla yolları ayıracaq.

İstanbul təmsilçisi artıq yeni baş məşqçi axtarışına da çıxıb. Hazırda bu posta ən real namizəd mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılan Marko Rozedir.

Türkiyə mətbuatının yazdığına görə, "cim bom" almaniyalı mütəxəssislə 1+1 illik müqavilə ilə bağlı razılıq əldə edib.

Marko Roze "Borussiya"nın baş məşqçisi kimi 69 xalla Almaniya Bundesliqasını ikinci pillədə tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti