“Fənərbaxça” yeni transferini həyata keçirdi

14 İyun 2022 10:00 Türkiyə 1 397
“Fənərbaxça” yeni transferini həyata keçirdi

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Santa Klara” klubunun hücumameylli yarımmüdafiəçisi Linkoln Enrikeni transfer edib.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bu transfer üçün “Santa Klara” ilə razılığın əldə olunduğu, futbolçunun tibbi yoxlanışdan keçmək və müqavilə bağlamaq üçün Türkiyəyə dəvət olunduğu diqqətə çatdırılıb.

Linkoln Enrike Braziliyanın “Qremio” klubunun yetirməsidir.

O, bu klubda çıxış etdiyi dönəmdə Türkiyənin “Rizəspor” (2017/18) və Braziliyanın “Amerika Mineyro” (2018) komandalarına icarəyə də verilib. 2019-cu ildə yarımmüdafiəçi “Qremio”nu “Santa Klara”ya dəyişib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti