"Qalatasaray"ın yeni prezidenti müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu gün keçirilən səsvermənin nəticəsinə əsasən, Dursun Özbek İstanbul təmsilçisinin yeni prezidenti seçilib.
O, 2 min 208 səs toplayıb. D.Özbek iki il müddətinə "Cim-Bom"un prezidenti vəzifəsini icra edəcək.
D.Özbek bundan əvvəl 2015-ci ilin mayından 2018-ci ilin yanvarına kimi "Qalatasaray"ın prezidenti olmuşdu.

