Türkiyə klubundan baş məşqçi ilə yeni müqavilə

11 İyun 2022 12:00 Türkiyə 1 301
Türkiyə klubundan baş məşqçi ilə yeni müqavilə

“Sivasspor” baş məşqçi Rza Çalımbayla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssis daha bir il bu komandanı çalışdırmağa davam edəcək. Tərəflərin sabah təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaqları diqqətə çatdırılıb.

Çalımbay 2019-cu ilin iyunundan “Sivasspor”a rəhbərlik edir.

“Sivasspor” yeni mövsüm üçün ilk transferini də rəsmiləşdirib. Sözügedən klub “Göztəpə”nin sağ cinah müdafiəçisi Murat Palulini transfer edib. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Super Liqa təmsilçisi öz oyunçularından Uğur Çiftçi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı sol cinah müdafiəçisinin müqaviləsinin bitiminə hələ 1 il qalsa da, bu gün onunla 4 illik yeni sözləşmə imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti