"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisini Jorje Jesus çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb. 67 yaşlı çalışdırıcı "sarı-lacivərtlilər"də illik 3 milyon avro maaş alacaq.
Jorje Jesus "Fənərbaxça"nın baş məşqçisi postunda İsmail Kartalı əvəz edib. Onun son iş yeri "Benfika" olub.

