"Qalatasaray"dan ayrıldı, digər İstanbul klubuna keçdi

2 İyun 2022 15:40 Türkiyə 1 157
"Qalatasaray"dan ayrıldı, digər İstanbul klubuna keçdi

"Qalatasaray"la müqaviləsi başa çatan Semih Kayanın yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi İstanbulda qalacaq.

Türkiyə millisinin keçmiş üzvü şəhərin digər klubu "Fatih Karagümrük" ilə anlaşıb.

Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

Semih Kaya son mövsümün ikinci yarısını "Qalatasaray"da keçirib. Təcrübəli mərkəz müdafiəçisi "cim bom"un heyətində 2 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti