Super Liqa klubunda növbəti baş məşqçi istefası

28 May 2022 01:40 Türkiyə 1 022
Super Liqa klubunda növbəti baş məşqçi istefası

Türkiyənin Super Liqa klublarından “Fatih Karagümrük” baş məşqçi Volkan Dəmirəllə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü məlumat verib.

O, klub rəhbərliyi ilə görüşərək, qarşılıqlı anlaşma ilə “Fatih Karagümrük”dən ayrılıb.

Dəmirəlin Super Liqa klubu ilə hələ iki illik müqaviləsi olmasına baxmayaraq, o, postunu vaxtından əvvəl tərk edib.

“Fatih Karagümrük” son mövsümdə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti