Vüsaldan xeyir görmədilər, indi də bu futbolçumuzu istəyirlər – TÜRKİYƏ KLUBU

27 May 2022 22:20 Türkiyə 1 701
Vüsaldan xeyir görmədilər, indi də bu futbolçumuzu istəyirlər – TÜRKİYƏ KLUBU

Növbəti mövsümdə “Ankara Keçiörengücü”ndə başqa bir azərbaycanlı top qova bilər.

Paytaxt təmsilçisi “Səbail”in cinah yarımmüdafiəçisi Ruslan Hacıyevə “elçi düşüb”.

Azərbaycanlı futbolçunun bacarığı haqda Ankara klubunun rəsmilərinə məlumat verildikdən sonra onlar 24 yaşlı oyunçunun nəyə qadir olduğunu görmək qərarına gəlib.

Ruslanın potensialından razı qalan türklər futbolçu ilə danışıqlara başlayıb. Hazırda Hacıyevin agenti ilə “Ankara Keçiörengücü” arasında danışıqlar davam edir.

Son mövsümü “Səbail”də keçirən Ruslan Hacıyev Premyer Liqada meydana çıxdığı 21 qarşılaşmada 893 dəqiqə meydanda olub. Onun Bayıl təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.

Başa çatan mövsümdə “Ankara Keçiörengücü”ndə azərbaycanlı futbolçu – Vüsal İsgəndərli çıxış edib. O, ümidləri doğrultmadığından və klubdakı maliyyə çətinliyi üzündən martda Azərbaycana qayıtmışdı.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti