Azərbaycanlı futbolçu “Fatih Karagümrük”də - FOTOLAR

20 May 2022 19:40 Türkiyə 1 842
Azərbaycanlı futbolçu “Fatih Karagümrük”də - FOTOLAR

Azərbaycanlı futbolçu karyerasını “Fatih Karagümrük”də davam etdirəcək.

Söhbət 14 yaşlı İsa İsmayılovdan gedir.

2008-ci il doğumlu yeniyetmə sözügedən klubun Bakıdakı futbol məktəbində Salman Altuxanovun rəhbərliyi altında çıxış edir. Türkiyə klubunun rəhbərliyi məktəbdə istedadlı futbolçu ilə bağlı xəbər əldə edəndən sonra onu izləyib.

İsa öz oyunu ilə türkiyəli seleksiyaçıların ümidini doğruldub. Belədə bir neçə gün öncə İstanbula dəvət olunub, valideynləri ilə danışıq aparılıb və ümumi razılıq əldə olunub.

Razılığa əsasən İsmayılov yayda yenidən Türkiyəyə yollanıb rəsmi müqaviləyə qol çəkəcək. Sənəd işləri həll olunduqdan sonra qardaş ölkədə yaşayıb, karyerasını “Fatih Karagümrük”də davam etdirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu