Klub prezidenti növbəti seçkilər üçün namizədliyini irəli sürdü

19 May 2022 10:00 Türkiyə 597
Klub prezidenti növbəti seçkilər üçün namizədliyini irəli sürdü

“Beşiktaş”ın hazırkı prezidenti Ahmet Nur Çebi növbəti seçkilər üçün namizədliyini irəli sürüb.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı funksioner bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Nur Çebi klub prezidentliyi uğrunda mübarizəyə qatılacağını rəsmən açıqlayıb.

Mayın 22-də gerçəkləşəcək seçkidə Fuat Çimen də namizəd olub.

Ahmet Nur Çebi mətbuat konfransında “Beşiktaş”ın hazırkı borcunu da açıqlayıb. Onun sözlərinə görə, İstanbul klubunun hazırda 4.3 milyard TL borcu var.

Digər Xəbərlər
Xəbər Lenti