”Klub prezidenti məni təhdid etdi, həyatımı riskə atıb, ayrılmaq məcburiyyətində qaldım”

10 Oktyabr 2021 18:20 Türkiyə 773
”Klub prezidenti məni təhdid etdi, həyatımı riskə atıb, ayrılmaq məcburiyyətində qaldım”

“Fənərbaxça”nın sabiq futbolçusu Qreqori van der Vil maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, niderlandlı müdafiəçi İstanbul klubundan ayrılan zaman təhdid olunduğunu deyib:

“Fənərbaxça”dakı ilk ilimdən sonra ayrılmaq istədim. Həyat yoldaşım hamiləydi. Klub prezidenti tərəfindən təhdid olundum. Buna baxmayaraq, həyatımı riskə atıb, ayrılmaq məcburiyyətində qaldım”.

Van der Vil 2016-cı ilin iyulundan 2017-ci ilin sentyabrına qədər “Fənərbaxça”da çıxış edib. O, İstanbul təmsilçisi ilə 17 oyunda iştirak edib.

Karyerası ərzində “Fənərbaxça”yla yanaşı, Fransada PSJ, Niderlandda “Ayaks”, İtaliyada “Kalyari”, ABŞ-da “Toronto” kimi klublarda çıxış edən 33 yaşlı oyunçu 2019-cu ilin martından klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti