
“Bir çox yarışın daha sonrakı vaxta keçirilməsi ilə əlaqədar bəzi dəyişikliklər və düzəlişlər etməliyik“.
Sportinfo.az xəbər verir ki, bu sözlər Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbova məxsusdur.
Təşkilatın rəhbəri Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının koronavirus təhlükəsi səbəbindən təxirə salındığını xatırladıb: “Bir neçə gün əvvəl elan edilən yeni olimpiada tarixi Beynəlxalq Gimnastika Federasiyasına və İcraiyyə Komitəsinə bundan sonra necə davam edəcəyimizi düşünməyə, dünya və Avropa çempionatlarının yeni tarixlərini planlaşdırmağa kömək edəcək.
Yarışlarda hansı qaydaların tətbiq ediləcəyi, hansı Texniki Komitələrin iştirak edəcəyi kimi bir çox sual var. Ali gimnastika qurumunun şura iclasının yeni tarixini bilmirik. Əminəm ki, həmişə olduğu kimi, idmançıların xeyrinə düzgün qərarlar verəcəyik”.