"Səsiniz heç vaxt olmadığı qədər ucadan gəlməlidir”

4 Aprel 2020 23:20 Paris-2024 1 290
"Səsiniz heç vaxt olmadığı qədər ucadan gəlməlidir”

“Avropa Olimpiya Komitələrinin Atletlər Komissiyası Beynəlxalq Olimpiya Komitəsinin Tokio-2020-ni 2021-ci ilə təxirə salmaq qərarını tamamilə dəstəkləyir”.

Sportinfo.az xəbər verir ki, bu fikir Avropa Olimpiya Komitələrinin (AOK) Atletlər Komissiyasının bəyanatında əks olunub.

Qitə idmançılarını təmsil edən komissiya Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına münasibət bildirib. Bəyanatda bəzi idmançıların həyatına ciddi təsir edə biləcək bu addımın koronavirus pandemiyası səbəbindən zəruriliyini qeyd olunub:

“Bütün idmançıların, həmçinin bürün iştirakçıların sağlamlığı, təhlükəsizliyi və rifahı koronavirus pandemiyası ilə mübarizə zamanı birinci dərəcəli vəzifədir.

Sizin təmsilçilərimiz kimi bilirik ki, indi hansı çağırışlarla üzləşmisiniz. Bu vəziyyət həyatımızın bir çox aspektlərinə təsir edə bilər: Tokio-2020-dən sonra karyeranızı bitirməyə hazırlıq və ya ailə planlamasının təxirə salınmasına da.

Biz sizin hüquqlar üçün mübarizəni davam etdirəcəyik. Sizi indiki durumda zəruri və layiq olduğunuz dəstəklə təmin edəcəyik. Məhz belə anlarda atletlərin səsi heç vaxt olmadığı qədər ucadan gəlməlidir”.

2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 2021-ci il iyulun 23-dən avqustun 8-dək baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti