"Bu, çətinləşsə, təxirəsalma qərarı qəbul etməli olacağıq"

23 Mart 2020 21:00 Paris-2024 794
"Bu, çətinləşsə, təxirəsalma qərarı qəbul etməli olacağıq"

Yaponiyanın baş naziri Sindzo Abe Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasını istisna etməyib.

Sportinfo.az xəbər verir ki, hökumət rəhbəri ertələnmənin yarışların tam formatda keçirilməsi mümkün olmayacağı təqdirdə gerçəkləşəcəyini açıqlayıb.

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax olimpiada ilə bağlı yekun qərarın yaxın 4 həftə ərzində veriləcəyini söyləyib. Lakin o, 24 iyul - 9 avqusta təyin olunmuş Oyunların ləğvinin nəzərdən keçirilmədiyini əlavə edib.

Abe isə deyib: "Mənim strategiyam olimpiadanın tam formatda təşkilidir. Bu, çətinləşsə, ilk növbədə, idmançıları düşünməliyik və istisna deyil ki, təxirəsalma qərarı qəbul etməli olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!