Azərbaycan iştirak hüququna yiyələndi - . Təsdiq məktubu gəldi

16 Noyabr 00:00 Tokio-2020 127
Azərbaycan iştirak hüququna yiyələndi - . Təsdiq məktubu gəldi

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi növündə təmsil olunacaq. Sportinfo.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, kişilərin şose velosipedində Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayında başa çatıb və Olimpiya reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib.

Bu müddət ərzində yığmamızın baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət komandamız lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda 894 xal toplayıb.

Ümumilikdə UCI-a üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşıb.

Şose velosipedində lisenziyalar milli federasiyalara verilir və Olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir.

Xəbər Lenti
10 Dekabr 15:57 Millimiz 2 pillə gerilədi
10 Dekabr 15:28 Kintana seçildi
10 Dekabr 14:43 Şikayəti rədd edildi
10 Dekabr 13:47 Skarlatake 1 il gözlədi
10 Dekabr 12:37 Yubiley qələbəsi
10 Dekabr 00:14 BOS-a baxmağa gəldilər
9 Dekabr 21:20 "Telefonlarımız susmur"
9 Dekabr 18:52 119 ildən sonra
9 Dekabr 17:07 Əhməd Buffonu keçdi
9 Dekabr 15:25 Ayaz həsrətlə baxdı