Millimiz Hollandiyada oynayacaq

28 Sentyabr 2019 23:00 Paris-2024 856
Millimiz Hollandiyada oynayacaq

Voleybol üzrə Avropa Olimpiya Təsnifat Turnirlərini qəbul edəcək şəhərlərin adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komandalar gələn ilin yanvarında müəyyənləşəcək.

Azərbaycanın qadınlardan ibarət yığmasının da mübarizə aparacağı turnir Hollandiyada olacaq. Yanvarın 7-12-də keçiriləcək yarış Apeldorn şəhərində təşkil olunacaq.

Sonuncu vəsiqə üçün Olimpiadaya vəsiqə qazanmayan 8 ən yaxşı komanda mübarizə aparacaq. Bu “səkkizlik” sonuncu Avropa çempionatının nəticələrinə əsasən dəqiqləşib.

Azərbaycan milli komandası qitə birinciliyini 10-cu yerdə başa vursa da, artıq vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın ön sıralarda qərarlaşması voleybolçularımızın Apeldorna yolunu açıb.

Nəticədə turnirdə Azərbaycan və meydan sahibi Hollandiya ilə yanaşı, yeganə lisenziyaya Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya iddia edəcəklər.

Kişilərin mübarizəsində isə Azərbaycan olmayacaq. Yanvarın 5-10-da keçiriləcək turnir Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR