Bu gün Olimpiadada iki idmançımız mübarizə aparacaq

27 İyul 2021 01:24 Tokio-2020 552
Bu gün Olimpiadada iki idmançımız mübarizə aparacaq

Tokio Yay Olimpiya Oyunlarında sabah daha iki idmançımız mübarizəyə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, bunlar cüdoçu Murad Fətiyevlə badmintonçu Eydi Reski Dvikahyodur.

İlk olaraq İndoneziya əsilli idmançımız mübarizəyə qoşulacaq. O, dünya və Asiya çempionatının bürünc mükafatçısı ilə qrupda ilk görüşünü keçirəcək.

Cüdoçumuz Murad Fətiyev isə 1/16 finalda Syerra Leonenin kişi bayraqdarı olmuş idmançı ilə güləşəcək.

Badminton

L qrupu

04:00 Eydi Reski Dvikahyo – Nin Tin Min (Vyetnam)

Cüdo

- 81 kq (1/16 final)

06:00 Murad Fətiyev – Frederik Haris (Syerra Leone)

İndiyədək 16 idmançımız Olimpiadada çıxışını medalsız başa vurub.

Xəbər Lenti