“İçəri bir adam da daxil olmayıb, deyək ki...”

24 Mart 19:00 Sumqayıt 606
“İçəri bir adam da daxil olmayıb, deyək ki...”

“Arenada olan azarkeş sayının az göstərilməsi fikri ilə razı deyiləm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

“Kimyaçılar“ fevralın əvvəlində “ev“ini dəyişib. “Gənclik şəhəri“ təmsilçisi “Kapital Arena“dan “Mehdi Hüseynzadə“yə köçüb.

Komanda artıq 5 matç keçirib. “Neftçi“ ilə açılış görüş istisna olmaqla, digər görüşlərdə stadion tam dolmayıb.

Müsahib oyunlara gələn azarkeş sayının düzgün hesablanmaması barədə şübhələrə belə aydınlıq gətirib:

“Bu, mümkün deyil. Bilet satışı iticket.az saytı vasitəsilə həyata keçirilir.

Bunu adıçəkilən sayta girib izləmək də olar ki, hansı sektora neçə bilet satılıb, neçə yer boş qalıb.

Mən niyə 2000 azarkeş gəldiyi halda, 1500 deyim? Bu, hansı məntiqə sığır?

Satılan biletlərin hesabatı hazırlanır. Klub hər biletə görə dövlətə vergi ödəyir. “

İticket“ şirkətinin özünə satış haqqı ödənilir. Biletsiz kiminsə arenaya daxil olması da mümkün deyil.

"Sabah"la oyunda da bu məsələyə çox həssas yanaşdıq. Stadionun cəmi iki qapısı giriş üçün açılmışdı.

Hər qapıda da “İticket“in öz əməkdaşları biletləri yoxlayıb, azarkeşləri içəri buraxırdı.

Polis əməkdaşları da prosesə nəzarət edirdi. Biletsiz bir adam da daxil olmayıb ki, deyək say ona görə çox ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"