
"Təəssüf ki, nəticələrimiz stabil deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli dilə gətirib.
O, Premyer Liqanın son turunda "Neftçi"yə məğlubiyyət (0:2) haqda danışıb:
“Qış fasiləsindən sonra hər üç oyunda yaxşı oynamışıq. Bunu hamı görür. “Neftçi”yə də uduzmalı deyildik.
Ən azından 1 xal qazanmağa layiq idik. Bizə ardıcıl qələbələr lazımdır ki, daha rahat oynayaq".
XANOĞLAN