"Sumqayıt" rəhbərliyi sağ olsun ki, buna razılıq verdi" - YENİ TRANSFER

29 İyun 2022 23:20 Sumqayıt 1 062
"Sumqayıt" rəhbərliyi sağ olsun  ki, buna razılıq verdi" - YENİ TRANSFER

"Sona kimi gözlədim, amma istədiyim təklif olmadı. Hamı “bu gün-sabah” dedi.

Müddət uzandı, məşqsiz qaldım. Belə getsəydi, özümə də çətin olacaqdı".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Vüsal İsgəndərli deyib.

2022/2023 mövsümünə hazırlaşan "Sumqayıt" ilk transferini gerçəkləşdirib. "Gənclik şəhəri" təmsilçisi ötən mövsümü Türkiyədə - "Keçiörengücü"də keçirmiş vingeri heyətinə qatıb.

27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı”nın şərəfini qoruyub, Azərbaycan millisində 3 oyun keçirib.

O, müqaviləsindəki xüsusi bəndə görə rəhbərliyə minnətdarlığını bildirib:

"Düşündüm ki, indiki halda ən yaxşısı "Sumqayıt"la müqavilə imzalamağımdır.

Müqaviləmdə xüsusi bənd var ki, ölkə xaricindən təklif olsa, gedə bilərəm. Çox sag olsun ki, "Sumqayıt" rəhbərliyi, buna razılıq verdi".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti