"Nəhayət ki, mən də komandamı təbrik edirəm" - Aleksey Baqa

9 May 20:10 Sumqayıt 294
"Nəhayət ki, mən də komandamı təbrik edirəm" - Aleksey Baqa

"Nəhayət ki, mən də komandamı təbrik edə bilərəm. Bu gün azarkeşlərimizin fantastik dəstəyi var idi. Hava şəraitinə baxmayaraq onlar bizə sona qədər dəstək oldu. Səbr edib, öz üzərimizdə işləyərək, inanaraq işimizin bəhrəsini gördük. Hamını təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 26-cı turunda "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Anatoli Nuriyevin komadaya qoşulmasının nəyi dəyişdiyi ilə bağlı verilən sualı belə cavablandırıb: "O, uzun müddət idi məşq etmirdi. Nuriyev özünü həm hücumda, həm də müdafiədə göstərdi. Hələ öz bacarığından aşağı səviyyədə çıxış etsə də, potensialı çox böyükdür. İnanıram ki, gələcəkdə özünü göstərəcək".

A.Baqa müdafiədə Vurğun Hüseynov - Höccət Haqverdi tandemi özünü daha yaxşı göstərməsi ilə əlaqədar söyləyib: "Müdafiə xəttindən danışırıqsa, mütləq qapıçını da qeyd etməliyəm. Qol buraxmadıq. Cəzalar və zədələr xətlərdə bəzi dəyişikliklər etməyimizə gətirib çıxardı. Cinah oyunçuları öz mövqelərində oynamırdı. Vurğun - Höccət tandemi vəziyyətə görə ilk dəfə idi oynayırdı. Əsas odur ki, rəqibə qol şansı vermədik. Buna görə də tandemi müsbət qeyd edə bilərəm.

Son oyunlarda topu rəqib cərimə meydançasına göndərməklə bağlı bir az problemimiz var idi. Hücumda hündürboy oyunçumuz var və buna görə də topu ona dəqiq çatdırmaq lazımdı. Bugünkü oyunla bağlı məqsədimiz də o idi ki, topu cərimə meydançasına hava və ya yerlə dəqiq ötürək. Əvvəlki oyunlarda bir qədər dişsiz görünsək də, bu gün dəqiq oynaya bildik".

"Sumqayıt"n baş məşqçisi "Turan Tovuz" və "Kəpəz"ə Premyer Liqada iştirak üçün lisenziya verilməsinə də münasibət bildirib: "Elitaya yeni komandaların gəlişi müsbət məqamdır. Xüsusən ona görə ki, yeni klublar bölgələri təmsil edirlər və orada futbolu çox sevirlər. Eşitdiyimə görə, zəngin tarix və nəticələrə malikdirlər. Müxtəlif komandalarla oynamaq müsbət emosiyalar bəxş edir. Maddi imkan olacaqsa, komanda sayının daha da artımı çox yaxşı olar. Mən bunu yalnız müsbət dəyərləndirə bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti