Yığmanın hücumçusu bu xəbərlə “Sumqayıt”ı sevindirdi

20 Oktyabr 2021 17:00 Sumqayıt 548
Yığmanın hücumçusu bu xəbərlə “Sumqayıt”ı sevindirdi

Millinin və ”Sumqayıt”ın hücumçusu Əli Qurbaninin durumuna aydınlıq gəlib.

Premyer Liqanın ilk dövrəsinin son turunda “Neftçi”yə qarşı keçirilən matçın (1:1) 78-ci dəqiqəsində Səid Rza ilə əvəzlənən forvard müayinə olunub.

Onun diz qapağından aldığı zədə o qədər də ciddi deyil və oktyabrın 23-də “Sabah”la baş tutacaq görüşdə meydana çıxa biləcək.

Qurbanı çempionatın 5 və 6-cı turlarını məhz zədə səbəbindən kənardan izləyib. “Qarabağ”la qarşılaşmada sıradan çıxan qolçu “Qəbələ” və “Zirə”yə qarşı forma geyinməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti