Lazer işıqdan istifadə etdilər, “Qarabağ” bağəşlamadı, 1300 manatlıq ziyan çəkdilər

26 Noyabr 2024 20:20 Səbail 1 113
Lazer işıqdan istifadə etdilər, “Qarabağ” bağəşlamadı, 1300 manatlıq ziyan çəkdilər

AFFA İntizam Komitəsi "Səbail"i 1300 manat cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna "dənizçilər"in evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV turunun matçında yaşananlar səbəb olub.

Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bayıl klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.

"Qarabağ" isə 700 manat cərimələnib. Buna "köhlən atlar"ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması əsas verib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER