"Sabah"da koronavirus şoku - "Keşlə" ilə oyunu buraxacaqlar

29 Noyabr 2020 13:20 Sabah 717
"Sabah"da koronavirus şoku -

"Sabah" Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Keşlə" ilə oyuna ciddi itkilərlə çıxacaq.

Sportinfo.az-ın məlumatına görə, bunan səbəb komandanın əsas heyət üzvləri sayılan Coşqun Diniyev, Xulio Rodriqes və Yevgeni Koçukun COVİD-19 testinin müsbət çıxmasıdır.

Adıçəkilən futbolçular "Keşlə" ilə oyunun heyətindən çıxarılıblar.

Bu futbolçulardan başqa Saşa Stamenkoviç, Nikola Vuyadinoviç, Filip İvanoviç, Amadu Diallo, Təmkin Xəlilzadə isə zədə səbəbindən "Keşlə"yə qarşı oynamayacaq.

Digər Xəbərlər
Xəbər Lenti