"Məncə, yeganə problem budur" - Visente Qomes

23 Noyabr 2020 18:40 Sabah 524
"Məncə, yeganə problem budur" - Visente Qomes

"Oyunun çox hissəsində nəzarət bizdə idi. Çoxlu qol şansımız oldu. Yalnız ikisindən istifadə edə bildik. Bizi üzən son dəqiqədə penaltidən buraxdığımız qol oldu. Bu, bizi həyəcanlandırdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandasının əsas problemini açıqlayıb: "Bu oyun üçün çox dəyişiklik etmədik. "Zirə"yə qarşı da yaxşı oynamışdıq. Hesabda önə keçəndən sonra futbolçular daha yaxşı oynayırlar. Məncə, yeganə problem budur. Futbolçulara demişdik ki, keçmişi unutmalıyıq. Hər xırda səhv bizi daha da pis duruma salırdı. Komandanı matça psixoloji baxımdan yaxşı hazırlamışdıq".

İspaniyalı baş məşqçi uğurlu seriya yaxalamaq istədiklərini bildirib: "Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürük. Artıq bu qələbəni unudub "Keşlə" ilə matçı düşünməliyik. Komanda oyundan-oyuna inkişaf etməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!