"Sabah"ın iki legioneri də...

19 Noyabr 2020 23:40 Sabah 540
"Sabah"ın iki legioneri də...

"Sabah"ın zədəli futbolçuları Slavik Alxasov, Filip İvanoviç və Yevgeni Koçukun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Moldova yığmasının heyətində Yunanıstana 0:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alan Kuçuk bir həftə sonra sıraya dönə biləcək.

Premyer Liqanın IX turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmada zədələnmiş serbiyalı müdafiəçi Filip İvanoviç də eyni müddətə sıradan çıxıb. Hər iki oyunçu X turda "Səbail"lə ev matçını buraxacaq.

İvanoviçlə eyni matçda zədələnmiş Slavik Alxasov isə zədəsini bərpa edib. O, böyük ehtimalla, növbəti görüşün heyətində yer alacaq.

Paytaxt təmsilçisində Təmkin Xəlilzadə millinin heyətində koronavirusa yoluxub və hazırda Xorvatiyadadır. Bəhlul Mustafazadə isə uzun müddətdir zədəlidir.

Noyabrın 21-də keçiriləcək "Sabah" - "Səbail" qarşılaşması saat 14:00-da başlayacaq. "Sabah" Premyer Liqada ardıcıl 6 oyundur məğlub olur.

Digər Xəbərlər
Xəbər Lenti