"Sabah"ın zədə alan futbolçusu millidən kənarlaşdırıldı

17 Noyabr 2020 23:40 Sabah 643
"Sabah"ın zədə alan futbolçusu millidən kənarlaşdırıldı

Moldova yığmasının və "Sabah"ın futbolçusu Yevgeni Koçuk UEFA Millətlər Liqasının qrup məhələsinin VI turunda Kosovoya qarşı oynamayacaq.

Sportinfo.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ötən tur Yunanıstanla matçda (0:2) zədələnən 27 yaşlı yarımmüdafiəçi millinin Priştinaya yollanan heyətindən çıxarılıb.

Onunla yanaşı, Aleksandr Osipov da zədə səbəbindən qarşıdakı görüşü buraxacaq.

Kosovo-Moldova oyunu noyabrın 18-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti