"Sabah"ın prezidenti: "Biz baş məşqçiyə vaxt verilməsinin tərəfdarıyıq"

13 Noyabr 2020 16:40 Sabah 550
"Sabah"ın prezidenti: "Biz baş məşqçiyə vaxt verilməsinin tərəfdarıyıq"

"Çempionat uzun marafondur. Burada ardıcıl qələbələrlə yanaşı, məğlubiyyətlər də ola bilər".

Sportinfo.az xəbər verir ki, Bu fikirləri "Sabah"ın prezidenti Maqsud Adıgözəlov komandanın Azərbaycan Premyer Liqasındakı uğursuz çıxışı barədə danışarkən deyib.

Funksioner bildirib ki, mövsümə yaxşı başlayan kollektivin sonradan bunun ardını gətirə bilməməsinin bir neçə səbəbi var: "Fikrimcə, bu sualın konkret cavabı yoxdur.

Amma düşünürəm ki, qeydə alınan uğursuz nəticələrdə futbolçuların psixoloji durumu, bir neçə əsas heyət oyunçusunun zədə səbəbindən bəzi matçları buraxması və s. səbəblər rol oynamış ola bilər.

Komanda uduzursa, bunda hamının günahı var. Amma biz günahkar yox, səhvləri düzəltmək üçün yollar axtarırıq".

"Sabah" Premyer Liqada keçirdiyi son 6 oyunun hamısında uduzub. Buna baxmayaraq, Adıgözəlov baş məşqçi Visente Qomesi istefaya göndərmək barədə düşünmədiklərini söyləyib:

"Qomes Azərbaycanda yenidir. Ona ölkə futboluna uyğunlaşmaq üçün vaxt lazımdır. Düzdür, son oyunlarda yaxşı nəticə əldə edə bilmirik. Amma deməzdim ki, komanda zəif oyun nümayiş etdirir. Biz baş məşqçiyə vaxt verilməsinin tərəfdarıyıq".

"Sabah" 9 turdan sonra 6 xalla sonuncu pillədədir. Klub prezidentinin sözlərinə görə, komandanın nəticələri Müşahidə Şurasının (MŞ) iclasında müzakirə olunacaq:

"Bizdə MŞ-nin toplantısı ilin sonunda olacaq. Hələ ki, heç bir müzakirə aparılmayıb. Amma MŞ-nin iclası olanda bu məsələlər müzakirə ediləcək" (report).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"