"Hər şey bizim əleyhimizədir, nəsə edib, dinamikanı dəyişmək lazımdır"

8 Noyabr 2020 21:30 Sabah 595
"Hər şey bizim əleyhimizədir, nəsə edib, dinamikanı dəyişmək lazımdır"

“Demək olar ki, oyuna pis başlamadıq. Penalti epizodumuz oldu, yararlana bilmədik.

Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi oyunumuza təsir etdi. Rəqib qol vurdu və qələbə qazandı”.

Sportinfo.az xəbər verir ki, bunu "Sabah”ın baş məşqçisi Visente Qomes evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

- Ardıcıl 6 oyundur ki, məğlub olursunuz. Bunun səbəbini nədə görürsünüz?

- Bu situasiyada nəsə demək çətindir. Penalti epizodumuz olur, yararlana bilmirik. Sonra rəqib sadə epizodda fərqlənir. Məğlubiyyətlərə səbəb qol imkanlarımızdan yararlana bilməməyimizdir.

Son 4 oyunda yaratdığımız şanslardan fərqlənə bilmiriksə, bu, çətin bir şeydir, inanılmazdır. İstədiyimiz nəticəni əldə edə bilmədik, çox üzgünəm.

- Bu gün Ramil Şeydayev mərkəz hücumçusu kimi oynadı. Əvvəlki matçlarda cinahlarda çıxış edirdi. Onda nə fərq gördünüz?

- Ötən görüşdə də Ramil mərkəzdə oynamışdı. Elə də böyük fərq görmürəm.

- Sizə elə gəlmir ki, komanda artıq baş məşqçini qəbul etmir?

- Fikrinizlə razı deyiləm. Sadəcə, son 5 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. Bizim daha çox qol imkanımız var idi, nəinki rəqibin.

- Öz fəlsəfənizi komandaya otuzdurmağa nə mane olur?

- Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi. Mən öz fəlsəfəmi də dəyişdim ki, dinamikanı artıraq. Hazırda fəlsəfənin, sistemin önəmi qalmır. Vacib olan bizim üçün qələbədir. Hansı sistemlə, hansı fəlsəfə ilə olursa-olsun, qələbə qazanmaq lazımdır. Əvvəlcə fəlsəfəm daha çox topu saxlayan, rəqibə təzyiq edən komanda yaratmaq idi. Amma bu, turnir cədvəli üçün yaramır. Hazırkı situasiyada hər şey bizim əleyhimizədir. Nəsə edib, dinamikanı dəyişmək lazımdır.

- Qarşıda 15 günlük fasilə var. Vəziyyəti düzəltmək üçün bu vaxt kifayətdir?

- Cəhd edəcəyik, ancaq 7-8 futbolçumuz yığmanın düşərgəsində olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"