"Sabah"ın prezidenti yenə baş məşqçi ilə futbolçuların arxasında dayandı və…

4 Noyabr 2020 11:40 Sabah 762
"Sabah"ın prezidenti yenə  baş məşqçi ilə futbolçuların arxasında dayandı və…

«Sabah»da çoxdan gözlənilən toplantı keçirilib.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti Maksud Adıgözəlov məşqçi və futbolçu heyəti ilə görüşüb.

İclasda Premyer Liqanın son 5 turunda qeydə alınan nəticələr geniş müzakirə olunub. rəhbərlik tərəfindən komandaya istənilən şəraitin yaradıldığını bildirən oyunçular buna görə minnətdarlıq ediblər.

Onlar «Səbail»lə matçda məğlubiyyətlə üzləşəndən sonra psixoloji gərginlik yaşadıqlarını və bunun növbəti oyunlarda da özünü göstərdiyini dilə gətiriblər.

M.Adıgözəlov turnir cədvəlində yaranmış vəziyyətə baxmayaraq, kollektivə inamının böyük olduğunu açıqlayıb. Klub prezidentiı bildirib ki, komandanın potensialı böyükdür, amma son həftələrdəki çıxış bununla üst-üstə düşmür.

O, şeyd edib ki, uğursuzluq zolağından çıxmaq problem olmamalıdır, 1 qələbə ilə durum 180 dərəcə dəyişəcək. Rəhbər şəxs «Zirə» ilə qarşıdıakı görüşdə 3 xalın qazanıılmasının vacibliyinə diqqət çəkib.

Adıgözəlov bundan sonra da komandaya lazım dəstək verəcəklərini, Visente Qomeslə yola davam edəcəklərini açıqlayıb. İspaniyalı baş məşqçi də öz növbəsində bu etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"