"SABAH": "Onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil"

2 Noyabr 2020 13:00 Sabah 551
"SABAH": "Onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil"

«Sabah» baş məşqçi dəyişikliyinə hazırlaşmır.

Premyer Liqanın son 5 turunda qeydə alınan məğlubiyyətə baxmaaraq, klub rəhbərliyi Visenite Qomesə növbəti dəfə etimad göstərib.

Masazır təmsilçisi ispaniyalı çalışdırıcının vəziyyətdən çıxacağına və komandanı düzəldəcəyinə inanır. «Sabah»ın press-ateşesi Elnur Həmidov Sportinfo.az-a bu barədə aşağıdakıları deyib:

«Onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil. Visente Qomes hazırda komandanın sükanı arxasındadır.

Komanda bugündən «Zirə» ilə oyunun hazırlığına başlayacaq.

Futbolçularla məşqçi heyəti söhbət aparır, onların çıxışını müzakirə edir, həmçinin yol verdikləri səhvlər barədə məlumat verirlər. Ancaq bu, daim baş verən prosesdir».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!