"Sabah" rəhbərliyi AFFA-nın xahişini nəzərə aldı

1 Noyabr 2020 09:40 Sabah 734
"Sabah" rəhbərliyi AFFA-nın xahişini nəzərə aldı

"Sabah" rəhbərliyi ötən mövsüm əsas komandaya cəlb olunan Emil Qasımovla yollarını ayırıb.

"Kəpəz"in təklifinə müsbət cavab verən Masazır təmsilçisi onun keçidinə şərait yaradıb.

20 yaşlı hücumçu Gəncə təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə bağlayıb. Bu, AFFA mənsublarının "Sabah"a müraciətindən və xahişindən sonra rəsmiləşib.

Qasımovun problemi özündən qaynaqlanırdı. O, klubun 3 illik yeni müqavilə təklifini qəbul etməmiş, maaşının qaldırılmasını istəmişdi. Odur ki, cari mövsümün əvvəlində komandadan kənarlaşdırılmış, daha sonra əvəzedici heyətə göndərilmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi