"Məni burada görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm"

1 Noyabr 2020 11:00 Sabah 621
"Məni burada görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm"

“Birinci hissədə oyuna nəzarət bizdə idi, lakin rəqib hissənin sonlarına yaxın və fasilədən az sonra qol vurdu”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi məşqçisi Visente Qomes Premyer Liqanın VIII turunda “Qəbələ”yə səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə deyib.

İspaniyalı mütəxəssis Nikola Vuyadinoviçin 69-cu dəqiqədə qırmızı vərəqə almasının planlarına təsir etdiyi söyləyib:

“Hesabda 2 top fərqi ilə geri düşdükdən sonra meydanda azlıqda qaldıq. Bundan sonra bir qol vursaq da, bu, kifayət etmədi. İlk yarıda qol vurmaq şansımız oldu. Amadu təkbətək şansdan yararlana bilmədi”.

Ardıcıl 5-ci məğlubiyyətdən sonra istefa məsələsinə toxunan Qomes bunun baş verməsini istisna etməyib: “Futbolçular və rəhbərlik məni burada görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm.

Son 3 matça nəzər yetirsək, görərik ki, elə də pis oynamamışıq. Məsələn, “Sumqayıt”ı məğlub edə bilərdik. Futbolçularımız bu gün də çox çalışdılar. Son dəqiqələrdə məğlubiyyətdən qaça bilərdik. Hazırkı durumdan çıxmaq üçün bir qələbə lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!