"Əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik" - Visente Qomes

31 Oktyabr 2020 17:38 Sabah 526
"Əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik" - Visente Qomes

"Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Amma əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, meydanda azlıqda qalmaq komandasının işini çətinləşdirib: "Buna baxmayaraq, futbolçularım meydanda əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq".

Digər Xəbərlər
Xəbər Lenti