Qurban Qurbanov paltardəyişmə otağında bu səhnəni gördü və…

30 Oktyabr 2020 16:14 Sabah 1 723
Qurban Qurbanov paltardəyişmə otağında bu səhnəni gördü və…

Dünən Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" qrupun favoriti hesab olunan "Vilyarreal"la qarşılaşıb.

Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbulda qəbul edib. Oyun İspaniya klubunun qələbəsi ilə başa çatıb - 3:1. Matçdan sonra Azərbaycan çempionunun paltardəyişmə otağında maraqlı anlar yaşanıb.

Bir çox futbolçuların məyus şəkildə başlarını aşağı salmasını, bəzilərinin isə göz yaş axıtmasını görən Qurban Qurbanov onlara ürək-dirək verib.

Baş məşqçi komandanın oyunundan razı qaldığını, rəqibin hesabı tez bərabərləşdirməsi nəticəsində psixoloji üstünlük qazandığını və bunun son dəqiqələrdə qarşılaşmanın axarını tamamilə dəyişdirdiyini bildirib.

O, mübarizəni bu cür davam etdirəcəkləri təqdirdə, növğəti turlarda uğur qazanacaqlarına inandığını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti